Rihannanın konsertinə biletlərin satışı davam edir
Rihannanın “Crystal Hall”-da keçiriləcək konsertinə bilet almaq istəyənlər üçün Bayraq Meydanının yaxınlığında, “Crystal Hall”’un önündə satış nöqtəsi açılıb. Konsertin piar işləri ilə məşğul olan “Omnikomo Music Group”-dan Lent.az-a verilən məlumata görə, konsertdə iştirak etmək istəyənlər biletləri Bayraq Meydanındakı satış məntəqəsindən və www.omnikomo.com saytından onlayn satışla sifariş verə bilərlər. Bundan başqa paytaxtın bütün kassalarından bilet əldə etmək olar.
Müğənninin konsertdən iki gün öncə Bakıya gələcəyi gözlənilir. Rihannanın oktyabrın 5-i Tofiq Bəhramov adına stadionda konsert verəcəyi nəzərdə tutulsa da, oktyabrın 4-də həmin stadionda "Neftçi" klubunun İtaliyanın “İnter” klubu ilə oyunu keçirilməsi konsertin təxirə salınmasına səbəb olub.
Qeyd edək ki, oktyabrın 6-da “Bakı Kristal Zalı”nda çıxış edəcək Rihannanın konserti saat 21:00-da başlayacaq.
Dünya şöhrətli ulduzun şousu yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.
Jalə

Oxşar yazılar

Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46