Gürcü müğənni Bakı səhnəsində -
Gürcüstanın populyar müğənni və bəstəkarı Dato Bakıda ilk dəfə solo konsert verib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Sarayının və FUN-FUN qrupun təşkilatçılığı ilə reallaşan konsertdə müğənnini qızlardan ibarət “ShowFusion Ballet” rəqs qrupu müşayiət edib.
Konsert boyunca tamaşaçılarla ünsiyyətə önəm verən Dato səmimiyyəti ilə zalı ələ almağı bacarıb. Sevənlərinin istəyi ilə musiqilər ifa edən müğənni rus, türk, gürcü, ukrayna dilləri ilə yanaşı Azərbaycan dilində də mahnı oxuyub. “Sarı gəlin” mahnısını gitaranın müşayiəti ilə səsləndirən Datonun bu çıxışı alqışlarla qarşılanıb.
Rəqqasların çıxışını maraqla izləyən tamaşaçılar da rəqsə qoşulublar.
Səhnədə quraşdırılan LED monitorlarda müğənninin konsertləri, klipləri ilə yanaşı musiqilərə uyğun müxtəlif effektləri özündə əks etdirən video görüntülər də nümayiş olunub.
Qeyd edək ki, konsertin sonunda Dato tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdaraq, daha bir mahnı oxuyub.
Jalə

Oxşar yazılar

Arvadına görə anasına üz döndərən Özcan Deniz yenə GÜNDƏMDƏ
19 avqust 2025 , 15:54
Leonardo Di Kapriodan şəxsi həyat və yaşı barədə ETİRAFLAR
19 avqust 2025 , 12:59
Cennifer Aniston ildırım sürətilə nişanlanır
19 avqust 2025 , 11:46
“Dörd evimiz var, çoxdur?” – Hollivud ulduzu
18 avqust 2025 , 19:19
Timatinin sevgilisi doğuşdan bir gün sonra
18 avqust 2025 , 17:24
Müğənni Dəniz Əsədovanın cəzası artırıldı
18 avqust 2025 , 14:58
Məşhur ULDUZ 6 ay gəzə bilmədi
18 avqust 2025 , 13:38