Özbəkistan prezidentinin qızından super klip
27 sentyabr 2012 19:27 (UTC +04:00)

Özbəkistan prezidentinin qızından super klip

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova klip çəkdirib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, avqust ayında Buxara şəhərində çəkilən 3 dəqiqə 23 saniyəlik klip sevgilisinə can atan və ona qovuşan oğlandan bəhs edir.

Vertolyot vasitəsilə də çəkilişin aparıldığı klipin əvvəlində Buxaranın səmadan çəkilən görüntüsü yer alır. Klipdə gənc aşiq dayanmadan Buxaranın tarixi küçələrində qaçır, binalardan, qüllələrdən aşır. Klipdə Ark qalası, Buxara qala divarları, Kalyan minarəsi və Miri Ərəb mədrəsəsi kimi tarixi abidələr də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5812

Oxşar yazılar