“Aşkı-Memnu”nun aktrisası Bakıda - FOTO
24 sentyabr 2012 15:31 (UTC +04:00)

“Aşkı-Memnu”nun aktrisası Bakıda - FOTO

“Azərbaycanda olmaq çox gözəldir. Sizi əmin edirəm ki, burada özümü ani də olsa, başqa ölkədə hiss etmədim. Bakı şəhəri, insanlarınız çox istiqanlıdır. Adətən mən xarici səfərlərdə özümü yad hiss edirəm və çox tez bir zamanda geri qayıtmaq istəyirəm. Bakı isə hər birimizə çox fərqli təsir etdi”.
Bu sözləri APA-ya açıqlamasında ötən gün “Baku Crystal Hall”da Cenifer Lopezin konsertində tamaşaçı qismində iştirak edən türkiyəli model-aktrisa, “Aşkı-memnu” serialında Elif obrazını canlandıran Eda Özerkan deyib. İlk dəfə Bakıya gəldiyini deyən aktrisa Cennifer Lopezi də ilk dəfə Bakı səhnəsində izlədiyini açıqlayıb. Aktrisa Azərbaycandan film təklifi almadığını bildirib, aldığı təqdirdə isə qardaş ölkədə filmdə çəkilməyə razılıq verəcəyini deyib: “İrandan, ərəb ölkələrindən film təklifi aldım. Orada reklam kampaniyasında oynamağı düşünürəm. Daha bir neçə təklif var, Azərbaycandan da təklif olarsa, razılaşaram və bu, mənim üçün yenilik olar”.


Türkiyədə də bir neçə təklif aldığını vurğulayan aktrisa hazırda bu təklifləri dəyərləndirir. Eda Özerkan deyib ki, önəmli olan bir işə girmək yox, o işi layiqincə və məsuliyyətlə reallaşdırmaqdır: “Oynadığım filmlərdə hər zaman uğur qazanmışam. Bu səbəbdən də mütləq şəkildə aldığım təklifi götür-qoy edib, ən yaxşını seçməliyəm. Yaxın zamanlar üçün izləyicilərin qarşısında olacağam. Mən bu sənətə modelliklə başladım. Təxminən 10 il modellik etdim və işimi hələ də davam etdirirəm. Bu günün özündə də özəl dəvətlər və moda nümayişlərinə qatılıram. Amma sözsüz ki, aktrisalıq daha ağır və məsuliyyətli sənətdir”.
Eda Özerkan daha bir neçə gün Bakıda olacağını və şəhərimizi gəzəcəyini də əlavə edib.
Konsertə Türkiyədən gələn tamaşaçılar arasında daha bir türkiyəli aktrisa Şimal Güzel də olub. Ş. Güzel də öz növbəsində Bakıda bu konserti izləməkdən sevincini bildirib və Azərbaycan haqqında xoş fikirlərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4400

Oxşar yazılar