Elza Seyidcahan: “Dəvə kimi Aygünün üzünə tüpürəcəyəm”  - QALMAQAL
22 sentyabr 2012 11:40 (UTC +04:00)

Elza Seyidcahan: “Dəvə kimi Aygünün üzünə tüpürəcəyəm” - QALMAQAL

“İndiyədək heç kimlə işim olmayıb. Amma bu məsələyə görə mən danışmaya bilmərəm. Mən dövlət tərəfindən ad alan sənətçiyəm. Bəstəkarlar İttifaqının üzvüyəm. Aygün Kazımovanın dövlət adamlarının yanında məni alçaltmasını dövlətimizə qarşı təhqir hesab edirəm. O, xalqdan üzr istəməlidir”. Bunu Lent.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. Həmkarı, xalq artisti Aygün Kazımova tərəfindən təhqir olunduğunu deyən əməkdar artist bərk əsəbiləşib.

Müğənni deyib ki, dünən xəz dəri geyimləri şirkətinin mövsüm açılışında Aygün Kazımova ona hörmətsizlik edib. Belə ki, şirkətin siması olan Aygün Kazımova kəsilən tortdan hamıya bir dilim versə də, yalnız Elza Seydicahandan yan keçib. Elza Seyidcahan bunu özünə qarşı təhqir hesab edib: “Aygün Kazımova Bəstəkarlar İttifaqının üzvünü təhqir etməklə, bütün bəstəkarları təhqir edib. Ona görə də o , Azərbaycan xalqından üzr istəməlidir. Onun tərbiyəsizliyi qarşısında mən heç nə demirəm. Mənim o xanıma yazığım gəlir. Artıq iyrənirəm ondan. Mənim həyatımda Aygün adında şəxs yoxdur. Və mən onu tanımıram. Bu xanımdan soruşun görün onun nəyi çatışmırsa, mən ona verim. Evi, işi, adı, qızı, hər şeyi var. Daha nə istəyir? O, şeytancasına hamını əsəbiləşdirir, daha sonra başlayır ona xeyirxahlıq etməyə. Belə simasız insanların mənim həyatımda olmağını istəmirəm”.

Elza Seyidcahan bildirib ki, Aygün Kazımovanın prodüseri Tarix Əliyev (Tolik) onu şantaj edir: “Tolik mənə zəng edib deyir ki, sizi belə edəcəyik, elə edəcəyik. O kimdir ki, mənə zəng vurur. Mən bundan sonra Tolikin mənə zəng vurmağını qadağan edirəm. Bir dəfə Aygün Kazımova gecə zəng etmişdi mənə. Hansısa bir falçının nömrəsini istəyirdi. O, elə bilib ki, biz “Tanıdım səni” verilişində rayonlarda falçıları çəkirik deyə, hər gün fala baxdırmağa gedirik. Gərək onda Aygün elə Tolikin özündən soruşardı. O, əqidəsiz və ləyaqətsiz insandır”.

Elza Seyidcahan öz növbəsində Aygün Kazımovanın münasibətləri yaxşı olmayan müğənnilərə də səslənib: “Namiq Qaraçuxurlu çıxıb efirdə deyəndə ki, mən keçmiş həyatıma nifrət edirəm, mən onu Namiqə yaraşdırmadım. Bir Azərbaycan xanımı haqqında bu cür sözlər söyləməsi məni əsəbiləşdirdi. Amma mən indi onu çox yaxşı başa düşürəm. Mən Namiqdən, Röyadan, Telli Borçalıdan üzr istəyirəm. Bir vaxtlar çıxıb efirdə Aygün Kazımova yaxşı müğənnidir dediyim insanlardan üzr istəyirəm. Aygün elə bilir ki, o, hamıdan üstündür. İstədiyi şəxsi tapdalayıb keçə bilər. Ancaq bilsin ki, Elza Seyidcahan nə qədər məsum göyərçin kimi görünürsə, bir gün o dəvə olub Aygünü üzünə elə tüpürəcək ki...”

Bu mövzuya bir daha qayıtmayacağını deyən sənətçi həmin vaxt həmkarlarının Aygün Kazımova etiraz etməmələrini də qınayıb: “Mən çox istəyərdim ki, bizim böyüyümüz İlhamə Quliyeva ona öz etirazını bildirsin. Amma çox təəssüf ki, bu olmadı. Şirkət rəhbərliyi onu uzaqlaşdırmalı idi. Amma olmadı. Mən sözünün üstündə durmayan bu simasız Aygün Kazımova haqqında daha heç nə danışmayacağam”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5853

Oxşar yazılar