Monika Klintondan əl çəkmir
21 sentyabr 2012 05:01 (UTC +04:00)

Monika Klintondan əl çəkmir

Monika indi də Ağ evin keçmiş yiyəsini intim sirlərini açmağa hazırlaşdığını bildirib.
Lent.az-ın “The New York Post”-a istinadən məlumatına görə, keçmiş katibə öz xatirələrində Klintonun qrup halında seksə olan sevgisindən danışacaq.

39 yaşlı qadının dostlarının sözlərinə görə, Levinski vaxtilə Ağ evdə baş verən qalmaqallı olayları kitab halına 12 milyon dollara salmağa hazırdır.

Mənbənin bildirdiyinə əsasən, o, Klintonun üçlükdə seksə məşğul olmağa olan istəyindən, seks oyuncağlarına olan münasibətlərindən yazmağı planlaşdırır. Bununla da Levinski Klintondan belə intiqam almağı planlaşdırır.

Nəticədə bu, «partlamış bombanın səmərəsini» verəcək: “Onun bu kitabı intiqamdan da çox olacaq. Bu, sadəcə onu öldürəcək”, - deyə Levinskinin dostları bildirib.

Ehtimal olunur ki, Levinskinin ideyası həyata keçərsə, o zaman ABŞ-ın dövlət katibi Hillari Klintonun prezident kürsüsünü əldə etmək şanslarını məhv edəcək. O, artıq kitabının çap edilməsi üçün ABŞ-ın bir çox böyük nəşriyyatları ilə danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715

Oxşar yazılar