Cennifer Lopezin konsertinə son biletləri hardan almaq olar?
Sentyabrın 20-dən məşhur dünya ulduzu Cennifer Lopezin “Crystal Hall”-da keçiriləcək konsertinə bilet almaq istəyənlər üçün Bayraq Meydanının yaxınlığında, “Crystal Hall”’un önündə satış nöqtəsi açılıb. Konsertin piar işləri ilə məşğul olan “Omnikomo Music Group”-dan Lent.az-a verilən məlumata görə, kassa 20-22 sentyabrda səhər saat 10:00-dan axşam 20:00-a kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Crystal Hall” konsert zalında keçiriləcək Cennifer Lopezin konsertinə biletlərin satışı iyun ayında başlanılıb. İnternet vasitəsi ilə əldə edilən hər bilet artıq bilet sayılır və onu vauçer kimi hansısa biletə dəyişməyə ehtiyac yoxdur.
Elektron ünvana gələn məktubda bilet üzərində konsert zalına girişi təmin edəcək bar-kod göstərilib. Hər bilet bir konsert üçün etibarlıdır. Bu bileti (ağ-qara və ya rəngli) çap edib konsertə götürmək lazımdır.
Cennifer Lopez Bakı tamaşaçısı üçün eksklüziv şou nümayiş etdirəcək.
Qeyd edək ki, dünya şöhrətli ulduzun konserti yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.

Oxşar yazılar

Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51