“Eurovision” təmsilçimiz Səbinə Babayevanın da toy günü dəqiqləşdi
13 sentyabr 2012 18:22 (UTC +04:00)

“Eurovision” təmsilçimiz Səbinə Babayevanın da toy günü dəqiqləşdi

Lent.az-ın məlumatına görə, müğənni öz sevib-seçdiyi Cavidan Şərifovla evlənir. Cütlüyün toy mərasimi sentyabrın 26-da paytaxt restoranlarının birində baş tutacaq. Toya mədəniyyət və incəsənət xadimləri, ölkənin tanınmış simaları, cütlüyün yaxınları, dostları dəvət alıb.
Qeyd edək ki, Cavidan Şərifovla müğənni bir neçə ildir, tanışdırlar. 1985-ci il təvəllüdlü Cavidan Şərifov hazırda İTV-də rejissor kimi fəaliyyət göstərir.

Xatırladaq ki, sentyabr ayında “Eurovision 2010” təmsilçimiz Səfurə Əlizadənin də toy mərasimidir. Müğənnimiz sentyabrın 16-da gəlin köçəcək.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6137

Oxşar yazılar