Rəqsanənin keçmiş prodüseri polislə dalaşdı
Prodüser Təranə Səmədova problemlə üzləşib. Lent.az-ın məlumatına görə, prodüser bu gün Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən cərimələnib. Üzləşdiyi hadisə ilə bağlı Lent.az-a danışan prodüser polislərin onu “avtoxuliqan” adlandırdığını deyib. “Toyota” markalı maşının cərimə meydançasına aparıldığını deyən Təranə Səmədova polislərdən şikayət edəcəyini deyib: “Mən “avtoxuliqan” adı eşitmişəm, amma necə olur bilmirəm. Məni avtoxuliqan adlandırdılar, üstəlik telefonla məni videoya çəkdilər. Mən də bu səbəbdən onları təhqir etdim. İndi maşınımı haraya apardıqlarını bilmirəm. Polislər onları təhqir etdiyim üçün cərimə olunacağımı dedilər. Amma məni telefona çəkdikləri üçün elə onların özündən şikayət edəcəyəm”.
Qeyd edək ki, Təranə Səmədovanın son günlər Rəqsanə İsmayılova ilə məhkəmə çəkişməsində adı hallanır. O, vaxtı ilə prodüseri olduğu Rəqsanə İsmayılovanı 27 min manatı mənimsəməkdə ittiham edərək, Bakı Şəhər prokurorluğuna şikayət edib.

2975