Keçmiş prodüseri Rəqsanə və qızı haqqında nələr dedi?
11 sentyabr 2012 13:39 (UTC +04:00)

Keçmiş prodüseri Rəqsanə və qızı haqqında nələr dedi?

Bu sözləri Lent.az-a açıqlamasında müğənni Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova deyib. Müğənnini dələduzluqda ittiham edən prodüser bildirib ki, o, Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi verib: “Artıq araşdırılma aparılır, istintaq gedir. Bu dəfə Rəqsanə heç bir yolla qaça bilməyəcək. Çünki əvvəl bu məsələlər ortaya çıxanda o öz məşhurluğundan istifadə edib, efirə çıxıb bar-bar bağırdı. Qızını da özünə qoşub, qara yaxdılar. İndi 14 yaşlı qızı elə pozalar verir ki, mən ona baxanda utanıram. Rəqsanənin maskasının cırılması çox vaxt almadı”.


Prodüser bildirib ki, onun müğənni ilə davası hələ ötən ildən başlayıb: “2011-ci ildə Rəqsanə özünə torpaq sahəsi almışdı. Onun yanında ərazi var idi. Mənə ucuz qiymətə satdı. Mən 27 min manatını ödədim, 13 min manatı isə sənəd məsələləri həll olunandan sonra ödəyəcəkdim. Rəqsanə maşın qəzasına düşdükdən sonra bu məsələ həll olunmamış qaldı. Amma mən bu məsələdən keçməyəcəyəm. Doğrudur, o insan məhkəmələrə öyrəşib. Mənə qarşı cinayət işi açılsaydı, 10 yaş qocalardım. Bu insan üçün o qədər də əhəmiyyətli deyil. Mən ödədiyim məbləği geri alacağam”.

Prodüser bildirib ki, müğənninin keçmiş sevgilisi Faiq Azayevə də 400 min manat borcu var. Bundan başqa, müğənni 3 nəfərə də külli miqdarda pul borcludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7977

Oxşar yazılar