Müğənni Rəqsanə məhkəmədə ifadə verdi
05 sentyabr 2012 10:08 (UTC +04:00)

Müğənni Rəqsanə məhkəmədə ifadə verdi

Lent.az-ın məlumatına görə, məhkəmə prosesində iştirak edən Rəqsanə iddiasında bildirib ki, adı çəkilən qardaşlar ona təzyiq göstərir, özü və ailə üzvləri də bundan əziyyət çəkir. Müğənni prosesdəki çıxışı zamanı da iddiasını təsdiq edib. Prosesdən sonra jurnalistlərə açıqlama verən Rəqsanə məhkəmədə narahatlıq keçirdiyini bildirib: “Məhkəmə çəkişməsində iştirak etdiyim üçün daxili narahatlığımı gizlədə bilmədim. Amma bir qadın üzərində gücünü göstərən, davamlı olaraq ona və ailəsinə təzyiqlər göstərən insanların yalan danışmalarını birlikdə sübuta yetirmək istədim. Dəlillər var və məhkəməyə təqdim edilib. Hər şey sübuta yetirilsin, bu, mənə bəsdir. Prtosesdə hakim mənim güclü qadın olduğumu söylədi. Bildirdim ki, mən tək Allaha sığınıb, ona inanıram. Orucumu tuturam, haram işlərdən çəkinirəm. Tanrım bağışlayandır, mən niyə əfv etməyim. Həm də ictimaiyyətin tanıdığı insanam, anayam. Tək özümü deyil, bu tərəflərini də düşünürəm. İstədiyim budur ki, adıma, övladlarımın adına xələl gəlməsin. Bir də zəif cinsin nümayəndəsi ilə bu cür davranılmasın. Məqsədim yalnız budur”.


Rəqsanə məhkəmə prosesinin hələ davam edəcəyini söyləyib. Amma o, hakimin tövsiyəsi ilə növbəti iclasa vəkilini nümayəndə qismində göndərəcək: “Yeni mövsümlə bağlı çoxlu planım var. Vaxtımı məhkəmələr yox, yaradıcılığa sərf etmək istəyirəm. Ümid edirəm ki, haqq-ədalət yerini alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4435

Oxşar yazılar

Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41
Musa Təranənin  adını eşidib   efirdən getdi

Musa Təranənin adını eşidib efirdən getdi

11 dekabr 2024 , 17:49