Emin Musəvi ATV-dən getdi
24 avqust 2012 15:21 (UTC +04:00)

Emin Musəvi ATV-dən getdi

Lent.az-ın məlumatına görə, bu barədə qafqazinfo.az xəbər yayıb. Emin Musəvinin telekanaldan ayrılması ilə bağlı suala “açıqlama olmayacaq” cavabını verib.

Sözügedən məsələ ilə bağlı telekanalla əlaqə saxladıq. “Azad Azərbaycan” Televiziya Şirkətinin (ATV) mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu telekanalın işçisinin televiziyadan getməsindən, ümumiyyətlə, xəbərsiz olduğunu söyləyib.

Qeyd edək ki, E. Musəvi əvvəllər “Space” Telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə Azad Azərbaycan Telekompaniyasının ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də “Rəsmilər qeyri-rəsmi”, “Qəfəs”, “22ci saat” kimi müəllif verilişlərin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6680

Oxşar yazılar