“Bu şəhərdə”nin “Bal-Duz”unun vaxtı dəyişdi
“Bu şəhərdə”nin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan konsert proqramının vaxtı dəyişib. Bu barədə Lent.az-a açıqlamasında komandanın prodüseri və ssenaristi Müşfiq Abbasov deyib. Onun sözlərinə görə, oktyabrın 5-dən 9-dək keçirilməsi nəzərdə tutulan konsert 8-12 oktyabrda olacaq.
Konsertin vaxtının dəyişdirilməsinə səbəb isə həmin tarixdə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqamoyevin xatirəsinə həsr olunan dövlət tədbirinin keçirilməsidir.
Komandanın artıq konsert üçün məşqlərə başladığını söyləyən prodüser bildirib ki, “Bal-Duz” adlanan budəfəki konsertlərində 7 nömrə nümayiş olunacaq. Ənənəvi səhnələrdən istifadə edəcəklərini deyən prodüserin sözlərinə görə, konsertdə Rusiya şou-biznesindən qonaq müğənni də qatılacaq. Hələlik onun kimliyini açıqlamayan ssenarist budəfəki konsertdə də müğənnilərin parodiya ediləcəyini istisna etməyib.
Qeyd edək ki, Heydər Əliyev sarayında keçiriləcək konsertin biletləri artıq satışdadır.
Jalə

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35