Rihanna hüquq müdafiəçilərini qəzəbləndirdi
Məşhur müğənni Rihannanın müsahibəsində keçmiş sevgilisi Kris Brounu müdafiə etməsi qalmaqala səbəb olub. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, müğənni 2009-cu ildə onu döyərək xəstəxanaya düşməsinə səbəb olan şəxs haqqında müsbət danışması müğənnini qınaq obyektinə çevirib. O, tanınmış aparıcı Oprah Vinfreyə müsahibəsində bildirib ki, keçmiş sevgilisinin fiziki güc tətbiq etməsinə baxmayaraq, onun üçün çox darıxır: “O, məni döyəndə onun üçün daha çox narahat oldum. Hər kəs onu pislədi. Krisin yardıma ehtiyacı var. O, mənim ən yaxşı dostum idi, ən yaxşı dostumu itirdim. Onun üçün çox darıxıram”.
Qadın haqlarını müdafiə edən təşkilatlar isə Rihannanın müsahibəsini, eləcə də sevgilisi ilə barışmağa çalışmasını zorakılığa məruz qalan qadınlara pis nümunə olduğunu bildirib. Bir neçə qurum müğənnini kəskin şəkildə qınayıb.

1830