Məşhur rusiyalı reper “davay, do svidaniya”nı oğurladı
10 avqust 2012 13:12 (UTC +04:00)

Məşhur rusiyalı reper “davay, do svidaniya”nı oğurladı

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Timati” “davay, do svidaniya” brendi altında köynəklər, kepkalar, şokolad, hətta tonuslaşdırıcı içkilər, çemodan, çətir, saat, zərgərlik məmulatları, bijuteriya istehsal etdirmək fikrindədir.

“Timati”nin prodüsseri Andrey Kuryanov “davay, do svidaniya” brendinin biznesdə böyük uğur qazanacağına əmindir.

Xatırladaq ki, azərbaycanlı meyxanaçı qardaşlar İntiqam və Ehtiram Rüstəmovların “Davay, do svidaniya” qafiyəsi ilə dedikləri məşhur meyxanası Rusiyada böyük populyarlıq qazanıb. İndiyə kimi həmin meyxananı internetdə 5 milyon nəfərdən çox adam izləyib.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2531

Oxşar yazılar