Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli Ermənistanın Azərbaycana qarşı etdiyi təxribatlardan söz açıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bu barədə danışarkən, bu sözləri əlavə edib:
“Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq bir uşağı öldürüb, sonra çıxıb “azadlıq” deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla davamlı olaraq əlaqə saxlayıram. Ürəyimiz onlarladır”.