Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkər barədə danışıb.
Lent.az-ın məlumatına görə, müğənni "5/5"verilişində bildirib ki, qızı Bakıdadır və həyat yoldaşının yanına qayıda bilmir:
" Yollar bağlanmazdan əvvəl gəlmişdi Bakıya. Sonra uçuşlar dayandırıldı. İndi Ülkər həyat yoldaşının yanına qayıda bilmir. Ürəyi partlayır. Deyirəm, heç elə bil bu evdə böyüməmisən, ananın yanındasan, niyə darıxırsan?
Çox insan yarından ayrı düşüb, sərhədlər bağlanıb. Mənim qızım da... İnşahllah, tezliklə bəla üstümüzdən gedər, ayrı düşənlər görüşər. Mənim Ülkərim də yarına qovuşar".
Qeyd edək ki, Ülkər türkiyəli Engin adlı şəxslə evlidir.