Müğənni-bəstəkar Murad Arif karantin günlərində ən çox işləyən sənət adamı olduğunu iddia edib.
İfaçı yeni mahnı və klip üzərində çalışdığını söyləyib:
"Bu karantinin ən zəhmətkeş ulduzu özüməm. Karantində ikinci klipini çəkib bitirən adama Murad Arif deyilir. Heç birinin büdcəsi az və istehsalatı sadə deyil. Əsl klip deyə biləcəyimiz, rəngarəng və coşğulu işlərdir. Asan deyil, amma sektor işləməli, insanlar dolanmalıdır. Bir-iki günə dəli bir iş gəlir".
(Axşam.az)