![Düşbərənin hazırlanması - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi](https://lent.az/storage/news/2019/october/02/big/11aa3a9a1198d2ce84f97852e318aca4.jpg)
Düşbərənin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla düşbərənin resepti ilə tanış edəcəyik.
Tərkibi:
İçlik: 350 qram yağlı qoyun əti, 1 orta boy soğan, 1 dolu çay qaş duz, 1/2 çay qaşığı istiot,
Xəmiri üçün: 1 dolu stəkan un, yarım çay qaş duz, 1 yumurta, 50 qram su
Hazırlanma qaydası:
Əti yuyub, suyunun çəkilməsini gözləyirik, sonra doğrayıb ət maşınından keçiririk. Daha sonra soğanı xırda doğrayıb, ətə əlavə edirik. Sonra duz töküb əti yoğururuq. Ətin sümüklü hissəsini isə qazana qoyub bulyon hazırlayırıq. Ət qaynadıqda üzərindəki köpükləri yığıb, içərisinə soğanın yarısını əlavə edirik. Sonra stəkana zəfəran əlavə edib dəmləməyə qoyuruq.
Digər qabda xəmiri hazırlamaq üçün un, duz, yumurta və su əlavə edirik. Sonra xəmir yoğururuq və üzərini örtüb kənarda saxlayırıq. Xəmir bir az kənarda durduqdan sonra kündələrə ayırırıq və oxlov ilə açırıq. Sonra kubik formasında kəsirik. Kəsdiyimiz xəmirin içərisinə ət qoyub hər tərəfini birləşdirik. Sonra iki tərəfi aşağı doğru birləşdiririk .
Daha sonra düşbərələri blyonun suyuna əlavə edib, üzərinə zəfəranı töküb bişiririk. Düşbərə bişdikdən sonra üzərinə göyərti əlavə edib servis edirik.
Nuş olsun!
![avatar](/storage/authors/6246921_ONA_6184-1.jpg)
Fəxriyyə Mahmudova
Oxşar yazılar
![Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...](https://lent.az/storage/news/2020/december/03/big/1606981073641_spK3yJTi.jpeg)
Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...
3 dekabr 2020 , 18:56![Evdə pişik saxlamağın insan sağlamlığına FAYDALARI](https://lent.az/storage/news/2020/december/03/big/1606977871590_X7RkmDw9.jpeg)
Evdə pişik saxlamağın insan sağlamlığına FAYDALARI
3 dekabr 2020 , 11:41![Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin](https://lent.az/storage/news/2020/december/02/big/1606895193956_MjFhqhVW.jpeg)
Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin
2 dekabr 2020 , 19:54![Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...](https://lent.az/storage/news/2020/december/02/big/1606913124204_fMAoEtza.jpeg)
Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...
2 dekabr 2020 , 17:05!["Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ](https://lent.az/storage/news/2020/december/02/big/1606913047954_dDALdf9A.jpeg)
"Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ
2 dekabr 2020 , 16:43![Çox nadir hazırlanan “Zərdə” şirniyyatı: Onun sevilmə səbəbi...](https://lent.az/storage/news/2020/december/02/big/1606813683636_ILQRHNeK.jpeg)
Çox nadir hazırlanan “Zərdə” şirniyyatı: Onun sevilmə səbəbi...
2 dekabr 2020 , 12:22![Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi?](https://lent.az/storage/news/2020/december/02/big/1606892864025_XHWPKcz8.jpeg)
Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi?
2 dekabr 2020 , 12:04![Qadınların gözəllik anlayışları - FOTOLENT](https://lent.az/storage/news/2020/december/01/big/1606805361487_nKOOq4nm.jpeg)