Çox dadlı yemək menyusu - Usta öz sirlərini açır:<span style="color:red;"> Lent.az-ın mətbəxi
16 oktyabr 2019 19:08 (UTC +04:00)

Çox dadlı yemək menyusu - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla hər kəsin hazırlaya biləcəyi yemək menyusu ilə tanış edəcəyik.
 
Tərkibi:
 
500 qr çəkilmiş ət, 300 qr soğan, 100 qr duru yağ, .0.5 kq kartof, 50 qr zirinc, 1 ədəd kök, 1 ədəd pomidor, 1 çay qaşığı smetan, 1 çay qaşığı mayonez,  duz, istiot (zövqə görə), 1 stəkan qaynar su.
 
Hazırlanma qaydası:
 
Öncə tavaya yağ tökürük. Yağ qızandan sonra orta ölçüdə doğranılmış soğanları əlavə edirik. Soğana duz əlavə edib bir az qovururuq. Sonra çəkilmiş əti əlavə edirik. Soğanla əti birlikdə qarışdırıb üzərinə qaynar su tökürük. Daha sonra kökü doğrayıb əlavə edirik və bir az qarışdırıb zirinc əlavə edərək qapağını örtürük. 10 dəqiqə bişdikdən sonra qapağı açıb, duz əlavə edirik (zövqə görə, istiot və sarıkök də əlavə etmək olar). Qapaq açıq vəziyyətdə əti qovururuq, tam suyu çəkildikdən sora ocaqdan götürürük.
 
Digər tavada kartofu qızardırıq. Kartofların bir üzü qızardıqdan sonra duz əlavə edib digər üzünü qızarırıq. 
Bişirdiyimiz əti və kartofları sobanın listinə yığıb birlikdə bişiririk. Bunun üçün listə bir qat kartof düzürük. Əti əlavə edirik. Ardınca pomidor və keşniş, şüyüd əlavə olunur. İkinci qata yenidən kartof, içlik, pomidor və göyərti əlavə edib, kartofla yeməyin üzərini bağlayırıq. Mayonez və smetan qatıb yeməyin üzərinə çəkirik və sobaya yerləşdirib 30 dəqiqə bişiririk. İstədiyiniz kimi üzərini düzəldib servis edə bilərsiz.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar