İnsanlar çətin bir yola başlayanda, dağa çıxanda, okeana açılanda yanlarında güvəndikləri, onlara çətin anlarda dəstək ola biləcək insanlarla çıxırlar. Həyatda əslində hər anımızda bu cür insanlara ehtiyacımız var.
Emosiyalarımızı idarə edə bilməyəndə yol göstərə bilən, keçmədiyimiz bir təcrübə ilə rastlaşanda öz təcrübəsini paylaşan ya da sadəcə yorğun bir günün ardından bizi dinləyə bilən bir dəstək sistemimiz olmalıdır. Dəstək sistemi ailə üzvləri, dostlar, iş yoldaşı kimi sizi tanıya bilən və anlayan insanlar olur.
Araşdırmalar göstərir ki, güclü dəstək sistemi olan insanlar digərlərindən fərqlənir. Lent.az həmin fərqləri təqdim edir:
Özünə inamlı olur. Necə ki, uşaq, ana-atası nə olsa onu qoruyacaq hissi ilə arxayın riskli addımlar atırsa, eləcə də yetgin biri səhv addım belə atsa onun arxasında olan insanlara güvənib davam edir.
Daha az stresli olur. Çünki, daim içlərini boşalda biləcəkləri, birgə gəzintiyə çıxa biləcəkləri insanlar olur ətrafında.
Daha sağlam olur. Emosiyalarını daha düzgün yönləndirə bilir, bilməyəndə də bu üzrə kömək ala bilir.
Bu günləri dəstək sistemim ilə vaxt keçirərək, vəziyyəti müzakirə edib, düzgün mənbələr axtarıb, fərq yaradacaq işlər görən insanlara dəstək olmağa çalışaraq keçirin.
Gəlin emosiyalarımızı düzgün istiqamətləndirməyi öyrənək, fikrimizi düzgün çatdırmağı, hər cür fərqli düşüncəli insanla müzakirə aparmağı, durub nəfəs alıb analiz etməyi öyrənək. Haqlı olduğumuz halda haqsızmış kimi davranmayaq. Güclü olduğumuz halda zəifmiş kimi durmayaq.