Dünyada ad günü yığıncaqları ləğv edildiyi üçün, valideynlər, sosial məsafəni qoruyub saxlamaq qaydalarına əməl edərək uşaqlarının ad günlərini qeyd etməkdən ötrü yaradıcı yollar axtarırlar. Görəsən, sosial məsafəni qoruyaraq ad gününü qeyd etmək mümkündürmü?
Lent.az sizə uşağınızın ad günü ziyafəti üçün evdə edə biləcəyiniz əyləncəli tədbirləri təqdim edir.
Onu dinləyin
Doğum gününün evdə keçirilməsi onun istəklərinin yerinə yetirilməsinə mane olmamalıdır. Əksinə, bu doğum gününü fürsət bilib, uşağınızın hiss etdiyi stressi azaltmağa çalışa bilərsiniz. Onunla doğum günündə nə etmək istədiyini, yeni yaşındakı hədəf və istəklərini danışın.
Dostlarından hədiyyə hazırlamağı xahiş edin
Sosial məsafəni qorumaq üçün evdə qalmalısınız. Ancaq bu, onu dostlarından ayırmağınız demək deyil. Uşağınızla bir mövzu qurun və dostlarından onun üçün bir şəkil çəkmələrini və anaları vasitəsilə onlayn olaraq sizə göndərmələrini xahiş edin. Dostlarını yanında hiss etmək uşağınızı çox xoşbəxt edəcək.
Düşərgə təşkil edin
Evin içində düşərgə qurmaq fəaliyyəti ilə növbəti səviyyəyə keçin. Doğum günü gecəsində, uşağınıza qonaq otağınızda qurulmuş bir çadırla unudulmaz xatirələr toplamasına şərait yaradın.
Bərabər mətbəxə girin
Uşağınızla bərabər mətbəxə girib, onun xəyalındakı tortu hazırlamağa çalışın. Nəticə nə olur-olsun, bu anı hər zaman xatırlayacaq.