Çoxları üçün səhərlər kofe ilə deyil, duşla başlayır, həm də onu hər kəs müxtəlif cür qəbul edir: kimsə ilk olaraq başını yuyur, digərləri üçün ilk yerdə bədən qayğısı gəlir, bəziləri isə əvvəlcə üzlərini yumağa üstünlük verirlər. Ancaq az adam bilir ki, duşda üz yumaq nəinki hazırlaşma vaxtınızı, həm də sağlam dərinizin olma şansını azaldır.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, dentermatoloqlar üzünüzü duşda yuymağı tövsiyə etmirlər.
Əksər insanlar isti su altında yuyunurlar. Amerika Dermatologiya Akademiyası yalnız ilıq su ilə yuyunmağı tövsiyə edir. Duşdakı suyun isə müəyyən edilmiş normaları aşma ehtimalı var. İsti suda qorxulası bir şey yoxdur, ancaq üzünüzü çox qurudur.
Yüksək temperatur qan damarlarının genişlənməsinə səbəb olur. İsti su həmçinin dərinin sağlam qalmasına kömək edən qoruyucu lipid qatını məhv edir. Nə etməli: əgər siz səhərinizi duşda yuyunmadan təsəvvür edə bilmirsinizsə, əvvəlcə suyun temperaturunu tənzimləməlisiniz. İlıq su, üzünüzün dərisinə duşun zərərli təsirinin riskini azaldır.
Suyun təzyiqi üzünüzün zərif dərisi üçün çox güclüdür. Bu əhəmiyyətsiz boş şey kimi səslənə bilər, amma əslində hər şey çox ciddidir. Nə etməli: üzünüzü suyun güclü təzyiqindən uzaq tutun. Üz yuma üçün sevimli süngərinizdən istifadə edin və ya sadəcə əlinizlə su vurun.
Amerika Dermatologiya Akademiyası, ideal duş alma müddətinin 5 ilə 10 dəqiqəyə qədər davam etməli olduğunu iddia edir. Əgər üzə qulluğu da bu vaxta əlavə etsəniz, o zaman bu diapazon böyüyür. Suda nə qədər uzun zaman qalsanız, dəriniz də bir o qədər zərər görür.
Saçınızı yuyarkən, şampun və balzam tez-tez üzünüzə axır. Dərini qıcıqlandırır. Sabun, duş geli və digər bədənə qulluq vasitələrinin qalıqları da üzün dərisinə mənfi təsir göstərə bilər.
Bir sıra hallarda üzə qulluq edərkən məhz sadə səhvlər dəri üçün problemlər yaradır, onda səpkilərin, vaxtından əvvəl qırışların yaranması ilə nəticələnir, belədə isə gözəllik və sağlamlıq üçün bahalı prosedurların edilməsi zərurəti yaranır. Buna görə də dərinizə qulluq etmək üçün ən sadə üsullardan başlayın. Duşda uzun müddət qalmamaq və yuxarıda sadalanan hər bir qayda buna aiddir.