Zaqatala 2 nəfər bıçaqlanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olan D.F adlı qadın dünən günorta saatlarında qonşusu G.Cavadovaya məxsus ünvana gələrək qadına və evin həyətində işləyən fəhlə M.Əhmədova mətbəx bıçağı ilə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkənlərin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.