Yeniyetmələr əlbir olub mağazanı qarət etdilər
03 fevral 2021 12:39 (UTC +04:00)

Yeniyetmələr əlbir olub mağazanı qarət etdilər

Qax rayonunun Qıpçaq kəndindəki mağazadan pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozları oğurlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf edib və oğurladıqlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar