Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayan yeniyetmə qıza görə qısqanclıq zəminində dostunu öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, cinayət yanvarın 25-də baş verib. Şahid polisə zəng edərək naməlum şəxsin kişini bıçaqladığını bildirib. Yaralı təcili yardım gələnə qədər dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı tapıblar. Onun 2006-cı il təvəllüdlü gənc olduğu üzə çıxıb.
İstintaq müəyyən edib ki, 17 yaşlı yeniyetmə qıza görə qısqanclıq zəminində 20 yaşlı tanışını öldürüb. Hadisə yerindən odlu silah tapılıb.
Yeniyetməyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci “Qətl” maddəsi ilə cinayət işi açılıb.