Yenicə azadlığa çıxan  kor "qanuni oğru" axtarışa verildi
30 iyun 2023 18:11 (UTC +04:00)

Yenicə azadlığa çıxan kor "qanuni oğru" axtarışa verildi

Hüquq-mühafizə orqanları daha çox “Hobot” kimi tanınan “qanuni oğru” Andrey Voznesenskini federal axtarışa verib.

Lent.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Rusiyanın aparıcı kriminal avtoritetlərindən biri olan “Hobot” Cinayət Məcəlləsinin 210-cu maddəsi (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ilə ittiham olunur. 

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, oğru ideologiyasını, cinayətkar adət və ənənələri yaydığı Moskva vilayətini “ram edib”.

2021-ci ildə Tulanın Leninski Rayon Məhkəməsi Voznesenskini xüsusilə böyük miqyasda dələduzluq cəhdinə görə altı il yarım müddətinə azadlıqdan məhrum edib. Qanuni oğrunun 2027-ci ilin yanvarında azadlığa çıxması nəzərdə tutulsa da, aprel ayında görmə qabiliyyətinin itirilməsi səbəbindən vaxtından əvvəl azadlığa buraxılıb.

“Hobot” ağır ittihamlarla 8 dəfə məhkumluq həyatı yaşayıb.

# 2817
avatar

Oxşar yazılar