Xırdalanda KÜTLƏVİ DAVA:  2 nəfərin öldürüldüyü cinayətin TƏFƏRRÜATLARI
16 yanvar 2023 17:57 (UTC +04:00)

Xırdalanda KÜTLƏVİ DAVA: 2 nəfərin öldürüldüyü cinayətin TƏFƏRRÜATLARI

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci ilin iyulun 25-də Abşeron rayonu Xırdalan şəhəri, Mirzə İbrahimov və İslam Səfərli küçələrinin kəsişməsində yolun ortasında meyit aşkar edilib. Meyitin sağ qolunun yanında qan gölməçəsi olub. 

Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Tural Quliyev, Yaşar Mövsümov, Rəman Mirzəyev, Bahadur Əliyev, İlqar Həsənəliyev və Xəlil Məmmədov saxlanılıblar. Onların barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünüb ki, Tural Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. 2013-cü ildə isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 3 il müddətinə endirilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli Əfv fərmanınna əsasən cəzasının çəklməmiş hissəsindən azad edilib.

Hadisə olan küçə

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, iyulun 25-i saat 19 radələrində Tural Quliyev Bakı şəhərinin Nizami rayonunda, yaşadığı evdə olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı Sərraf Mirzəyevin oğlu Rəman Mirzəyev ona zəng edərək Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istəyib. Buna görə, o, tanışları Hüseynağa Yaqubov və Yaşar Mövsümovla Bakıda, “Bakcell Arena” adlanan ərazidə görüşərək, onlara Rəman Mirzəyevin döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib. Sonra, Xırdalana getmək üçün avtomobil lazım olduğundan dostu İlqar Həsənəliyevlə telefonla əlaqə saxlayıb. İlqara niyyəti barədə məlumat vermədən, ona məxsus “Chevrolet” markalı, Yaşar Mövsümov isə Hüseynağa Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən supermarketin yanına gəlib, orada Rəman Mirzəyevlə görüşüblər. Bundan sonra, birlikdə Rəmana qarşı zor tətbiq edən Xəlil Məmmədovun yaşadığı əraziyə gəliblər. İslam Səfərli küçəsindəki 283 saylı evin yaxınlığında onunla, qardaşı Məmməd Məmmədov və qonşuluqda yaşayan dostu Bahadur Əliyevlə qarşılaşıblar. Bahadur Əliyevin nalayiq ifadə işlətməsindən sonra tərəflər arasında aparılan sözlü mübahisə əlbəyaxa davaya keçib. Ərazidə çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, ictimai qaydanı kobud surətdə pozublar. Tural Quliyev üzərindəki açılıb-qatlanan bıçaqla Xəlil Məmmədovun bel və kürək nahiyyələrinə xəsarətlər yetirib. Ardınca Yaşar Mövsümov da öz bıçağı ilə Xəlil Məmmədova 2 dəfə zərbə endirib. Qardaşının yaralandığını görən Məmməd Məmmədov Tural Quliyevin üzərinə getdikdə, Tural kəsici alətlə ümumimlikdə 6 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb. Daha sonra Tural İlqar Hüseynəliyevi yerə yıxan Bahadur Əliyevi çiynindən tutub dartaraq, öldürmək məqsədi ilə baş və döş qəfəsi nahiyyələrinə ardıcıl xəsarətlər yetirərək, onu öldürməyə cəhd edib. Yaralanan Xəlil Məmmədov üzərindəki bıçaqla Hüseynağa Yaqubovun ürək nahiyəsinə zərbə endirərək, onu qəsdən həyatdan məhrum edib.

Hadisənin kamera görüntüsü
 
İş üzrə dindirilmiş Rəman Mirzəyev bildirib ki, 2020-ci ilin yanvar ayında tanış olduğu Günay Nəbiyeva ilə birlikdə Xırdalanda, “Quşçuluq” yaşayış massivində kirayədə yaşayıb:

Rəman Mirzəyev

“İyulun 25-də axşam evə qayıdandan sonra Günay Aysel adlı rəfiqəsinin bizim üçün hazırki evdən bir qədər ucuz, yəni 160 manata kirayə ev tapdığını dedi. Mənə həmin evə baxmağı təklif etdi. Birlikdə həmin massivdə olan Mirzə İbrahimov küçəsinə getdik. Bir evin qarşısında, “Opel” markalı avtomobilin arxasına çatıb dayandıq. Əynimdəki maykanın bir hissəsi köynəyimdən çıxdığı üçün Günay bunu görüb paltarımı düzəltdi. Bu zaman Xəlil Məmmədov üstümüzə qışqıraraq “kənara çəkilməyimizi” dedi. Əvvəl sözün yanımızda oynayan uşaqlara deyildiyini düşündüm, ona görə də cavab vermədim. Xəlil 2-ci dəfə qışqırıb, “başqa yerə getməyimizi” tələb edəndə, ona bir az “mədəni danışmasını, yanımda qadın olmasını” dedim. Həmin şəxs əli ilə boğazımdan tutub məni divara sıxdı və başı ilə alnıma zərbə vurdu. Xəlilin üstünə qışqıran Günaydan “niyə evin qabağında əxlaqsız hərəkətlər?”- etdiyimizi soruşanda, qadın “sadəcə köynəyi düzəltmişəm, siz səhv başa düşdünüz”,- deyə cavab verdi. Günay "102" xidmətinə zəng edib, baş vermiş xoşagəlməz hadisə barədə məlumat verdi. Evə qayıdandan sonra, mənimlə kobud rəftar edən şəxslə söhbət etmək üçün Tural adlı dostuma zəng etdim. Saat 20:25-də Tural və yanında gələn tanımadığım 3 nəfərlə parkda görüşdüm. Baş verənləri onlara danışdım. Onların idarə etdikləi “Chevrolet” və “VAZ-21015” markalı avtomobillərlə döyüldüyüm küçəyə gələndə, Xəlilin elektrik dirəyinin yanında Bahadur adlı dostu ilə dayandığını gördüm. Onlara yaxınlaşandan sonra Tural məndən “səni vuran kimdir?” soruşanda əlimlə Xəlili göstərdim. Xəlil Turala “heç bilirsən bu nə hərəkət edib?” soruşanda, “biz heç nə eləməmişik, marketin qarşısında olan kameraya baxmaq olar” deyə cavab verdim. Turalla Xəlil təklikdə söhbət etmək üçün bizdən 5-6 addım aralanarkən, Bahadur nalayiq ifadə işlətdi. Bir anda qarışıqlıq yarandı və küçənin digər tərəfində oturan Xəlil Məmmədovun qardaşı Məmməd yaxınlaşaraq, davaya qatıldı. Dava vaxtı bıçaqdan istifadə etməmişəm, yalnız bir dəfə Xəlili təpiklə vurdum. Xəlilə və Məmmədə kimlərin xəsarət yetirməsini görmədim. Çünki birinci Tural bıçaqlandı, onu avtomobilə doğru apararkən, digər şəxslər əlbəyaxa oldular. Bahadur Əliyev ayağa qalxmaq istəyəndə Yaşar Mövsümov bıçaqla onun sağ budundan vurdu. Həmin an Xəlil öz bıçağı ilə Yaşarın əlinə xəsarət yetirdi. Yerdə uzanan Hüseynağanın boyun nahiyəsindən təzyiqlə qan axırdı. Onu avtomobillə xəstəxanaya aparmaq istəsək də, orda olan şəxslərdən kimsə artıq onun hərəkətsiz vəziyyətdə uzandığını və çox güman ki, artıq öldüyünü dedi. Bundan sonra Yaşar Mövsümovu Təcili Tibbi Yardım stansiyasına, ordan isə Respublika Klinik xəstəxanasına apardım. Evə qayıdıb əynimdəki köynəyi dəyişib çölə çıxdım. 10 dəqiqədən sonra polis əməkdaşları tərəfindən saxlanıldım”.

İş üzrə dindirilmiş Xəlil Məmmədov ifadəsində göstərib ki, iyulun 25-də evinin yanında dayanan qıza “niyə qapısının qarşısında oğlanla öpüşdüyünü” deyərək, onlarla mübahisə edib:

Xəlil Məmmədov

“Oğlana “istədiyi adamla gedib, öz evində görüşməsini” söyləyərək, sinəsindən tutub itələdim. Qız mənə ”sərbəst insan olmasını və ürəyi istəyən hərəkəti edəcəyini” bildirdi. Onlar bir az irəli gedib dayandılar. 1-2 dəqiqə sonra qız qonşumun evi istiqamətində hərəkət etməyə başladı. Oğlanın tək dayandığını görüb, əxlaqsız hərəkətlərlə bağlı iradımı bildirəndə, o, kobud cavab qaytardı. Əsəbiləşib sağ əlimlə boğazından tutdum, alnımla onun başına yüngül zərbə vudum.

Saat 22 radələrində qonşum Bahadur Əliyevlə küçədə idim. Qardaşm Məmməd bizzdən bir qədər aralıda, evimizin yanında oturmuşdu. Bu zaman Tural Quliyev və qeyriləri yaxınlaşaraq, həmin gün baş vermiş hadisəni aydınlaşdırmaq üçün gəldiklərini bildirdilər. Turala Rəmanı, pis hərəkət etdiyinə görə vurduğumu etiraf etdim. Gözlənilmədən söhbət etdiyim şəxs bıçaq çıxaranda, 5-6 addım geri çəkildim. Məni təqib edən Tural əvvəl kürəyimə xəsarətlər yetirdi. Üzərimdə bıçaq olmadığı üçün evi ilə üzbəüz yerləşən marketə daxil oldum, ordan hər hansı əşya götürmək istəsəm də, mağaza sahibi məni qovdu. Avtomobilimin yük hissəsindən bıçaq götürdüm, həmin şəxslərə doğru getdim. Bıçağı havada sağa-sola yellətsəm də, kimə dəydiyini görmədim. Kimsə məni arxadan vurub yerə yıxdı. Təpiklə başıma və bədənimə zərbələr vuruldu, əlimdəki bıçaq yerə düşdü. Bundan sonra həmin şəxslər hadisə yerindən qaçdı. Ayağa qalxıb 5-10 addım atsam da, halsız olduğumdan gedə bilmədim. Yerdə uzanmış qardaşımın əynindən köynəyini dartıb çıxaranda, kürəyindən qan axdığını gördüm. Davada istifadə etdiyim bıçağı maşının yük yerinə atdım. Avtomobilimi işə salıb, Məmmədi Respublika Xəstəxanasına gətirdim. Qardaşım aldığı xəsarətlərdən orda öldü. Özüm də həbs edilənə qədər xəstəxanada müalicə aldım”.

Məmməd Məmmədovun meyiti

Təqsirləndirilən Bahadur Əliyev bildirib ki, Məmməd Məmmədov qardaşı Xəlilin qışqırıq səsinə gələndə, əlində içdiyi içkinin şüşə qabı olub:

“Əlimdəki şüşəni də Məmməd dalaşdığı şəxslərdən birinin başına çırpdım. Qarşı tərəfdən gələnlərin əllərində hansı alətlər olmasını görmədim. Amma əminliklə deyə bilərəm ki, Xəlil Məmmədovu birinci Tural Quliyev vurdu”.

Hüseynağa Yaqubovun meyiti

Məhkəmə nəticəyə gəlib ki, Tural Quliyev və Xəlil Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqnlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), Yaşar Mövsümov və Bahadur Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə), Rəman Mirzəyev Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirli bilinərək, cəzalandırılmalıdırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Quliyev 19 il, Xəlil Məmmədov 18 il 6 ay, Yaşar Mövsümov və Bahadur Əliyev 3 il 6 ay, Rəman Mirzəyev 2 il müddətinə azadlıqdan məhrum olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6909
avatar

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30