Abşeronda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, 20 ünvanının qarşısında baş verib.
15 yaşlı Məmmədov Muxtar Məmməd oğlu mübahisə zamanı tanışı 16 yaşlı Əliyev Həsən Hafiz oğlunun döş qəfəsinə iki dəfə bıçaq zərbəsi vurub.
Fakta görə cinayət işi başlanıb və M.Məmmədov şübhəli şəxs qismində tutulub.