Xərçəngdən sağalan arvadını öldürüb İNTİHAR ETDİ
22 sentyabr 2023 12:55 (UTC +04:00)

Xərçəngdən sağalan arvadını öldürüb İNTİHAR ETDİ

Türkiyədə ailə faciəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Esenyurt ərazisində baş verib. Buradakı binaların birində Müslüm Özerlə arvadı Fatma Özer arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisənin böyüməsi nəticəsində ər arvadını tapança ilə atəş açaraq öldürüb, daha sonra həmin silahla intihar edib.

Onların qızı anasının bir müddət əvvəl xərçəng xəstəliyindən xilas olduğunu bildirib: “Xərçəngi üstələsə də,  bu canavarla bacarmadı”.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4357

Oxşar yazılar