Xaçmazda baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə Sakit Muxtarovla Zəlikə Bəşirova sevgili olublar. Nikah olmasa da birlikdə yaşayan sevgililərin hər ikisi də Xaçmaz rayon sakini olub.
Hadisə baş verən günü S.Muxtarovla Z. Bəşirova rayonda yerləşən istirahət mərkəzlərindən birində istirahət edirlərmiş. Aralarında səbəbi məlum olmayan mübahisə zəminində S. Muxtarov Z. Bəşirovaya bıçaqla xəsarət yetirib.
***
09:55
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Xaçmaz rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Xaçmax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutularaq.
İbtidai istintaq davam etdirilir.
***
00:16
Avqustun 24-də axşam saatlarında Xaçmaz rayonunda restoranların birində 2003-cü il təvəllüdlü Z.Bəşirovaya kəsici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının tanışı 1996-ci il təvəllüdlü Muxtarov Sakit Muxtar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.