Türkiyədə gənc oğlan qətlə yetirilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İstanbul şəhəri Bahçelievlərdə baş verib. Məlumata görə, 14 yaşlı H.A. 19 yaşlı Halil Örnekin yanında gələrək, velosipedlərini dəyişməyi təklif edib.
Bu zaman aralarında yaranan mübahisə zamanı H.A. Halil Örneki sinəsindən bıçaqlayıb. Görülən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən yeniyetmə isə saxlanılıb.