Vaqif Bakinskinin dostu  federal axtarışa verildi
03 iyul 2023 13:51 (UTC +04:00)

Vaqif Bakinskinin dostu federal axtarışa verildi

“Xobot” ləqəbli 63 yaşlı qanuni oğru Andrey Andrey Voznesenski Rusiyada federal axtarışa verilib.

Lent.az xəbər verir ki, o, bir sıra cinayətlərdə ittiham olunur.

“Xobot” bir neçə dəfə məhbus həyatı yaşayıb. Moskvada “qanuni oğru” adı alıb. “De Xasa”nın klanına aiddir. Bundan başqa, yerli kriminal KİV-in yazdığına görə, o, azərbaycanlılar çalışan bazarlarda nüfuz sahibi imiş.

“Xobot”un Vaqif Bakinski, habelə Rəşad Gəncəski ilə dostluq münasibətləri var.

Sonuncu dəfə onlar “Rijskaya Zastava” restoranında bir yerdə saxlanılmışdılar. Amma profilaktik söhbət edildikdən sonra sərbəst buraxılıblar.

# 2244
avatar

Sevinc Fərid

Oxşar yazılar