Oktyabrın 11-də axşam saatlarında Ucar rayonunun Alpout kənd sakini İ.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Bəxtiyar İsmayılov saxlanılıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.