Tovuz sakini güllələnib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Muncuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmov aldığı güllə yarasından ölüb.
İlkin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Turan Rüstəmovun əmisi APA-ya bildirib ki, qardaşı oğlu dostları ilə meşəyə ova gedib. O, ovda silahla ehtiyatsız davranıb, açdığı atəş də ürək nahiyəsinə dəyib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.