ABŞ-ın Texas ştatında tibb bacısı ürək əməliyyatlarından sonra 4 xəstənin iynəsinə hava vuraraq öldürdüyü iddiası ilə ölüm cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı tibb bacısı 2018-ci ildə qovulana qədər “Trinity Mother Frances” xəstəxanasında çalışıb. Təhqiqat zamanı polis ürək əməliyyatı keçirən xəstələrin otağına girən tibb bacısının onları monitordan izlədiyini müəyyən edib. Qatil tibb bacısı otaqdan çıxdıqdan sonra xəstələrin halı birdən-birə pisləşib və ölüblər.
Araşdırmalardan məlum olub ki, tibb bacısı xəstələrin otağına girərək onların iynəsinə hava vurub və ölümlərini monitordan izləyib. Bundan həzz alan tibb bacısı 4 xəstəni eyni qaydada öldürüb.