Rusiyanın Yaroslav şossesində yerləşən avtoməktəblərdən birinin 41 yaşlı təlimatçısı şagirdi tərəfindən bıçaqlanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə dərslərin keçirildiyi avtoməşq meydançasında baş verib. Saat 17 radələrində təlimatçılardan birinin yanında təhsil alan narazı bir şagird meydana gəlib. O, müəllimini DYP-də imtahandan keçə bilməməkdə günahlandıraraq, təhsilin keyfiyyətsiz olduğunu iddia edib. Mübahisə zamanı şagird qəfil bıçaq çıxarıb və müəllimi iki dəfə qarın və sinə nahiyəsindən yaralayıb. Təlimatçı asfaltın üzərinə yıxılıb, cinayətkar isə hadisə yerindən qaçıb.
Orta ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsindədir.
Cinayəti törədən həmin gün saxlanılıb.