Sumqayıtda sərnişin taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
30 iyun 2023 11:52 (UTC +04:00)

Sumqayıtda sərnişin taksi sürücüsünə bıçaq çəkib pulunu aldı

Sumqayıtda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

# 1983
avatar

Oxşar yazılar