Sumqayıtda qadının evinə  BASQIN:  bıçaqlayıb sonra...
15 iyun 2021 12:51 (UTC +04:00)

Sumqayıtda qadının evinə BASQIN: bıçaqlayıb sonra...

İyunun 12-də saat 5 radələrində Sumqayıt şəhər “Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girən 4 nəfər bıçaqla ev sahibəsinin qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talama yolu ilə əlindən alıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Mehman Nəbiyev

Oxşar yazılar