Siqaret kötüyü ilə 44 il əvvəlki  qətlin üstü açıldı
31 avqust 2024 14:56 (UTC +04:00)

Siqaret kötüyü ilə 44 il əvvəlki qətlin üstü açıldı

ABŞ-da siqaret kötüyündən götürülən DNT nümunəsi 44 il əvvəlki qətlin üstü açılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qətl hadisəsi 1980-ci ildə paytaxt Vaşinqtonda baş verib.

30 yaşlı Doroti Mari Silzelin meyiti 26 fevral 1980-ci ildə Kentdəki evində tapılıb. Polis və prokurorluq əməkdaşları hadisə yerindən siqaret kötüyü taparaq, ondan nümunə götürüblər. Lakin o zaman cinayətdə şübhəlini müəyyən etmək üçün lazımi texnologiya olmayıb.

O vaxt Silzellə qonşu olan Kennet Dueyn Kundert və qardaşı əsas şübhəlilər arasında olublar. 2023-cü ildə polis qardaşlardan araşdırma üçün DNT nümunələrini vermələrini istəyib. Kennetin qardaşı könüllü olaraq DNT nümunələri verib, lakin Kennet istintaqa kömək etməkdən imtina edib. O vaxtdan bəri yerli hüquq-mühafizə orqanları FTB-nin köməkliyi ilə onu izləyir.

Onu izləyən kriminalistlər Kennet Kundertin atdığı siqaret kötüyünü götürüblər. Məhkəmə-tibbi ekspertiza göstərib ki, Kennetin siqaret kötüyündən götürülmüş DNT profili cinayətkarın DNT-si ilə üst-üstə düşür.

Buna görə də o, saxlanılıb və həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar