Altay diyarının Barnaul şəhərində kişi 43 yaşlı məşuqəsinin döşlərini kəsib qarnını yardığına görə saxlanılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Altay ərazisi üzrə İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Lyudmila Ryazantseva məlumat verib.
Onun sözlərinə görə, kişi sentyabrın 30-da tərk edilmiş binalardan birində sevgilisi ilə spirtli içki qəbul edib. Söhbət zamanı kişi qadının yeni bir gənclə münasibətə girdiyini öyrənib. O, qısqanclıq zəminində qadını boğub.
Qətli törədən cinayətkar mərhumun cəsədinə belə zorakılıq etməkdən çəkinməyib. Belə ki, o, ölən qadını sinəsini kəsərək, meyiti kənara atıb.
Hazırda qətllə bağlı araşdırma aparılır.