Sevgilisini öldürüb belə yalvardı
05 dekabr 2023 14:18 (UTC +04:00)

Sevgilisini öldürüb belə yalvardı

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində baş verib. Mikail Kurulay səhər saatlarında sevgilisi Sibel Kaymanın evinə gedərək onu güllələyib. Daha sonra polisə zəng vurub və Kaymanın intihar etdiyini bildirib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının öldüyünü bildiriblər.

Polislərin araşdırması nəticəsində məlum olub ki, əslində Sibel Kaymanı Kurulay özü vurub. Lakin o, ifadəsində qadınla dalaşdığını, bu zaman qarşı tərəfin silahı onun əlindən alıb sinəsinə atəş açdığını deyib.

Cinayətkar Kocaeli məhkəməsinin qərarı ilə həbs edilib.

Digər tərəfdən Kurulayın təcili tibbi yardım işçilərinə, "Sibeli mən öldürdüm. Sibelimi yaşadın. Mən eləmədim. Mən onsuz yaşaya bilmərəm" deyə yalvardığı da bildirilir.

# 3633
avatar

Oxşar yazılar