Səlim Müslümovun atası HƏBS   xəbərindən danışdı-YENİLƏNİB
03 fevral 2021 15:15 (UTC +04:00)

Səlim Müslümovun atası HƏBS xəbərindən danışdı-YENİLƏNİB

Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S.Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb. Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.

Lent.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıb bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".

saat 12:14

 

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov həbs olunması barədə məlumat yayılıb. 


Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. Onun adı bir sıra korrupsiya əməllərində hallanır. Yayılan məlumatlara əsasən, onun DSMF-nin sədri olduğu müddətdə fonddan ümumilikdə 2 milyard manatın yoxa çıxdığı qeyd olunur. Məsələni araşdırmaq üçün Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxladıq. Ancaq adı çəkilən qurumlar sabiq nazirin saxlanılması ilə bağlı hər hansı rəsmi açıqlama vermədilər.
 

Qeyd edək ki, o, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, nazir vəzifəsindən azad edilib.

# 12372
avatar

Oxşar yazılar