Salyanda kişi bıçaqlandı
27 dekabr 2023 12:02 (UTC +04:00)

Salyanda kişi bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 26-da saat 19 radələrində Xurşud kəndi ərazisində baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş 61 yaşlı Səxavət Nuriyev müəyyən olunaraq saxlanılıb. 

Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, bıçaqlanan həmin kənd sakini A. Mirzəyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3684
avatar

Oxşar yazılar