Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı Fuad Rzayev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları F.Rzayevi “təhlükəli cinayətkar” qismində təqdim edərək barəsində dövlətlərarası axtarış elan edib. F.Rzayev Rusiya sərhədlərini tərk etdiyi üçün onun saxlanılması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına da sorğu göndərilib.
Azərbaycan polisinin Rusiya tərəfinin sorğusu əsasənda həyata keçirdiyi araşdırmalar zamanı F. Rzayevin Bakı şəhərində olması müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində F.Rzayev saxlanılaraq istintaqa təhvil verilib.