Rusiyada azərbaycanlı dəstəyə  HÖKM OXUNDU
14 may 2026 11:13 (UTC +04:00)

Rusiyada azərbaycanlı dəstəyə HÖKM OXUNDU

0

Rusiyanın Tula vilayət məhkəməsində Novomoskovsk sakinləri olan 37–41 yaş aralığındakı dörd nəfərə hökm oxunub. Onların hamısı guya banditizm, hədə-qorxu ilə pul tələb etmə, silahlı quldurluq və sursatın qanunsuz saxlanılmasında təqsirli bilinib. Məhkəmə qarşısına dəstə başçısı Hətəm Əzizov və onun əlaltıları Sakit Məmmədov, Məharət Sultanov və Rahid Məmmədov çıxarılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, iddialara görə, Əzizov 2022-ci ildə sahibkarlardan pul qoparmaq və oğurlamaqda ittiham olunurlar. Tula vilayət prokurorluğunun iddiasına görə, o, üç tanışı ilə birlikdə 2022-ci ilin dekabrından 2024-cü ilin mayına qədər Uzlovaya, Novomoskovsk və Surqut şəhərlərində dörd cinayət törədib. Zərərçəkənlər döyülüb, hədələnib və silahlı hücuma məruz qalıblar. İttihamlara əsasən, cinayətkarlar bu yolla zərərçəkənlərdən 1 milyon rubldan çox pul ələ keçiriblər. Dəstə başçısının əlavə olaraq sursat saxladığı da müəyyən edilib.

Məhkəmə Əzizovu 17 il müddətinə ciddi rejimli həbsxanada cəzaya məhkum edib və əlavə olaraq 1 il 6 ay azadlığını məhdudlaşdırıb. Sakit Məmmədov 14 il, Məharət Sultanov 15 il ciddi rejimli həbsxanada cəza alıb. Rahid Məmmədov isə 14 il xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Cinayət yolu ilə əldə edilmiş 1,2 milyon rubldan çox vəsait də müsadirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar