Qusarda 83 yaşlı kişi oğlunu GÜLLƏLƏDİ  - YENİLƏNİB
30 iyul 2024 13:08 (UTC +04:00)

Qusarda 83 yaşlı kişi oğlunu GÜLLƏLƏDİ - YENİLƏNİB

İyulun 30-da saat 11 radələrində Qusar rayonu, Hil kənd sakini 23 yaşlı İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 83 yaşlı Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

***
11:43

İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlunu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275
avatar

Oxşar yazılar