Sabirabad sakini qonşusunu bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Qonşuların davası kənd sakini, 34 yaşlı Əsədov Ramil Qəfər oğlunun bıçaqlanması ilə nəticələnib. Yaralı Şirvan xəstəxanasına yerləşdirilib.
Onların bir-birlərini oğurluqda ittiham etməsi aralarında davaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı