Sankt-Peterburqda kişi qızlarının gözü qarşısında arvadını öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə barədə ailənin böyük qızı təcili tibbi yardıma zəng edərək, məlumat verib.
Qeyd olunur ki, 44 yaşlı kişi Suzdal şosesindəki mənzildə şam yeməyi yeyərkən arvadı ilə münaqişə yaranıb. Ər mətbəx bıçağını götürərək arvadına hücum edib. 17 yaşlı qız anasını xilas etmək üçün zəng edərək polis və təcili yardım çağırıb. Lakin gələn həkimlər 40 yaşlı qadına kömək edə bilməyiblər.
Hazırda araşdırma aparılır.