Primorsk diyarında kürəkəninə ağır bədən xəsarəti yetirdiyinə görə məhkəməyə çıxan kişi şərti cəza alıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, kişi ailəvi ziyafət zamanı yaranan məişət münaqişəsi zamanı kürəkəninə hücum edib.
Sərxoş kişi öz qızı ilə əri arasında münaqişənin şahidi olub. Kişi görüb ki, kürəkəni qızını nalayiq ifadələrlə təhqir etməyə başlayıb. Ata kürəkənini sakitləşdirməyə çalışsa da, o, qayınatasına məhəl qoymayıb. Daha sonra kişi kürəkənini kürəyindən bıçaqlayıb. Onun sol böyründən aldığı xəsarət ağır bədən xəsarəti kimi qiymətləndirilir.
Sonda təqsirləndirilən şəxs təqsirli bilinib. Məhkəmə cəza olaraq onu 3 il sınaq müddəti olmaqla 4 il azadlıqdan məhrum edib.